Milli Məclisin komitə sədri onun adından yayılan açıqlamanı təkzib etdi


“Mən dövlət rüsumlarının dəyişdirilməsinin insanların həyatına mənfi təsir göstərməyəcəyinə dair fikir səsləndirməmişəm”.
Yeniavaz.com xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili belə açıqlama ilə çıxış edib.
O bildirib ki, bəzi saytlarda, sosial şəbəkələrdə onun adımdan bu cür formada yalan məlumatlar yayılıb:
"Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında belə bir fikir nə mən, nə də iclas iştirakçıları tərəfindən səsləndirilib. Əksinə, insanların gəlirlərinin artırılması üçün əlavə tədbirlərin görülməsinin vacibliyini qeyd etmişik.
Yayılan şayiələrə fikir verməməyin, qeyri-ciddi informasiyalara inanmamağı tövsiyə edirəm!
Özünü ciddi sayan media qurumlarını isə dəqiqləşdirmədən şayiə dolu informasiya yaymamağa çağırıram!".
Qeyd edək ki, “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsində bir sıra rüsumlarının artırılması təklif olunur.
Xatırladaq ki, modern.az saytı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı komitənin sədri Tahir Mirkişilinin "Azərbaycanda dövlət rüsumlarının dəyişdirilməsi insanların həyatına heç bir mənfi təsir göstərməyəcək" deyə açıqlama verməsi haqqında məlumat yayıb.

DİGƏR XƏBƏRLƏR

Top