Ağ Evin sözçüsü Cen Psakinin koronavirus testi pozitiv çıxıb.
Yeniavaz.com “AA”-ya istinadla xəbər verir ki, bu barədə Psaki yazılı açıqlama verib. O, ailə üzvlərindən birində COVID-19 aşkar edildiyi üçün ABŞ prezidenti Co Baydenlə Avropa səfərinə qatılmayıb. Daha sonra isə özünün də COVID-19 testi pozitiv çıxıb. Psaki həmçinin bildirib ki, Bayden ilə sonuncu dəfə çərşənbə axşamı COVID-19 qaydalarına riayət edərək görüşüblər.