AzTU-da 4 qrup distant təhsilə keçib


Azərbaycan Texniki Universitetində (AzTU) ötən həftə 4 tələbənin (Nəqliyyat və logistika fakültəsi -1 tələbə, Xüsusi texnika və texnologiya fakültəsi - 1 tələbə, Maşınqayırma və robototexnika fakültəsi - 1 tələbə, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsi - 1 tələbə) COVID-19 testi pozitiv çıxıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bu barədə universitetdən bildirilib. Qeyd olunub ki, bu səbəbdən həmin tələbələrin təhsil aldığı qruplar distant tədrisə keçib.
Qeyd edək ki, bundan əvvəl koronavirusa yoluxan 3 tələbə artıq sağalıb və onların qrupunda əyani tədris bərpa olunub.

DİGƏR XƏBƏRLƏR

Top