Bakıda Türkdilli Dövlətlərin Baş prokurorlarının ilk iclası keçirilib


Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin Baş Prokurorları Şurasının birinci iclası başlayıb.
Yeniavaz.com xəbər verir ki, “Türkdilli dövlətlərin prokurorlarının cinayətkarlığa qarşı mübarizədə rolu: Real imkanlar və müasir çağırışlar” mövzusundakı beynəlxalq konfransda açılış sözü ilə Baş prokuror Kamran Əliyev çıxış edib.
O, qonaqları salamlayıb və Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini çatdırıb.
Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın videomüraciəti təqdim olunub.
Qeyd edək ki, iclasda Türkiyə, Özbəkistan və Qırğızıstan Baş prokurorları, Qazaxıstan Baş prokurorunun birinci müavini, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti və digər qonaqlar iştirak edirlər.

DİGƏR XƏBƏRLƏR

Top