Azərbaycan çempionunun oyununda əlbəyaxa dava - VİDEO


"Araz-Naxçıvan" və Kosovonun "Ligeni" komandaları arasında futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələ oyununda dava düşüb.

İnsident matçın sonuncu - 40-cı dəqiqəsində baş verib.

Azərbaycan çempionunun hücumçusu Felipinyo ilə rəqib komandanın üzvü Arber Şkodra arasındakı mübahisə qəflətən əlbəyaxa davaya çevrilib və oyunçular bir-birilərinə zərbə endirməyə başlayıblar.

Daha sonra Kosovo təmsilçisinin digər futzalçısı Anton Uka ayağı ilə braziliyalı forvardı vurub. Digər oyunçuların müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.

Görüşün baş hakimi Kriştianu Xose Kardoso Santos davada iştirak etmiş hər 3 futzalçını qırmızı vərəqə ilə meydandan qovub.

Qeyd edək ki, qarşılaşma 6:6 hesabı ilə başa çatıb.


Report

DİGƏR XƏBƏRLƏR

Top