ABŞ-da atışma olub, ölən və yaralananlar var


ABŞ-ın Texas ştatının Texarkana şəhərində Hellouin şənliyində baş verən atışma nəticəsində ən azı bir nəfər ölüb, daha 9 nəfər yaralanıb. 

Yeniavaz.com xəbər verirki, b
u barədə bazar günü yerli polis idarəsi öz Facebook səhifəsində məlumat 
yayıb .


Hadisə şənbə günü yerli vaxtla saat 23:56-da (Bakı vaxtı ilə bazar günü 08:56) baş verib. Zərərçəkənlər xəstəxanaya çatdırılıb, onlardan biri az sonra orada ölüb.

Hüquq-mühafizə orqanlarının hesablamalarına görə, atışma zamanı şənlikdə ən azı 200 nəfər olub.

Polis hələ də hücum edən şəxsi saxlamayıb. İstintaqın ilkin nəticələrinə görə, qonaqlar arasında mübahisə atışmaya səbəb olub. 
 

DİGƏR XƏBƏRLƏR

Top