Ərdoğanla Baydenin Romada görüşü başa çatıb - YENİLƏNİB


Romada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin ikitərəfli görüşü keçirilib.

Görüş “Böyük iyirmiliyin” (G20) liderlərinin sammiti çərçivəsində baş tutub.

Görüşdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Antoni Blinken də iştirak edib.

13:50

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasında görüş başlayıb.

Yeniavaz.com xəbərinə görə, bu barədə NTV telekanalı məlumat yayıb.

Qeyd edək ki, görüş Romada G-20 liderlərinin zirvəsi çərçivəsində keçirilir.

 

DİGƏR XƏBƏRLƏR

Top