Bir il əvvəl Nikol Paşinyanın müxalifətlə gizli görüşünün bəzi detalları məlum olub

Ötən il Ermənistanın baş naziri Nikol Paşinyanın müxalifət təmsilçilərilə görüşünün bəzi detalları məlum olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyan məlumat verib.

Ermənistan parlamentində “Hayastan” ("Ermənistan") blokunu təmsil edən müxalifətçi deputat deyib ki, 19 oktyabr 2020-ci il tarixində Paşinyan parlametdən kənarda olan müxalif qüvvələrlə görüş keçirib. 

Həmin görüşdə iştirak edən Saqatelyan Nikol Paşinyandan Qarabağın statusu məsələsini soruşub. Paşinyan isə bildirib ki, müzakirələrdə status məsələsi yoxdur. Saqatelyanın sözlərinə görə  Nikol Paşinyan heç bir şərt olmadan təslim olmağın vacibliyini bildirib və qeyd edib ki, vəziyyət ağırdır. Paşinyan itkilərinin çox olduğunu və onların bu vəziyyətə düşməsini günahını əvvəlki Ermənistan rəhbərliyində görüb. 
 

DİGƏR XƏBƏRLƏR

Top