Kaxa Kaladze yenidən Tbilisi meri seçildi

Hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" pariyasının nümayəndələri 20 şəhərdən 19-da mer seçkilərinin ikinci turunda qalib gəlib. 

Yeniavaz.com xəbər verir ki, TASS bu barədə Gürcüstan Mərkəzi Seçli Komissiyasına istinadən məlumat verib.

Paytaxt Tbilisidəki seçki məntəqələrinin 99,87%-nin və digər şəhərlərdəki seçki məntəqələrinin 100%-nin nəticələri məlum olub.


MSK-nın məlumatına görə, Tbilisinin hazırkı meri Kaxa Kaladze 55,6 faiz, onun müxalif Vahid Milli Hərəkat partiyasından olan rəqibi Nika Melia isə 44,4 faiz səs toplayıb. 

“Gürcü arzusu”nun nümayəndələri daha dörd böyük şəhərdə - Rustavi, Kutaisi, Poti və Batumidə də qalib gəliblər.


Müxalifət namizədinin qalib gəldiyi yeganə şəhər Tsalenjixa (Sameqrelo-Zemo Svaneti bölgəsi) olub. Burada Vahid Milli Hərəkatın namizədi Georgi Xarçilava 51,1 faiz səs toplayıb və “Gürcü Arzusu”nun nümayəndəsi Qoqa Qulordavanı 314 səslə qabaqlayıb.

Xatırladaq ki, seçkilərin birinci turu oktyabrın 2-də keçirilib. Hakim partiya - “Gürcü arzusu – Demokratik Gürcüstan” 64 bələdiyyədən 44-də qalib gələrək 46,7 faiz səs toplayıb.

DİGƏR XƏBƏRLƏR

Top