Son 24 saatda Türkiyədə 200-dən çox insan koronavirusdan öldü
DÜNYA
30 okt 2021, 21:51
Türkiyədə son sutkada COVID-19-dan 203 nəfər dünyasını dəyişib. Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 23 min 96 nəfər koronavirusa yoluxub. 28 min 632 nəfər isə müalicə olunaraq sağalıb.