Goranboydakı qəzada ağır yaralanan piyada dünyasını dəyişdi - YENİLƏNİB


Goranboy rayonunun Qızılhacılı qəsəbəsində "Mercedes" markalı yük avtomobilinin vurduğu piyada dünyasını dəyişib.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, 1983-cü il təvəllüdlü R.Mirzəyev Gəncə şəhərindəki xəstəxanaların birinə aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


***21:10
Goranboy rayonundan piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki,, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb. Rayonun Qızılhacılı qəsəbə sakini, 1983-cü il təvəllüdlü Rüfət Mirzəyev yolu qarşı tərəfə keçmək istəyərkən "Mercedes" markalı yük maşını onu vurub.

Piyada ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top