ABŞ-da edam zamanı nadir hadisə yaşandı


ABŞ-ın Oklahoma ştatında 6 ildən sonra ilk dəfə bir məhbus edam edilib.

Yeniavaz.com xəbər verir ki, 60 yaşlı Con Marion Qrant ölümcül iynə vurularaq ölüm cəzasına məhkum edilib.
Qrant 1998-ci ildə çoxsaylı silahlı soyğunçuluğa görə 130 illik həbs cəzasını çəkmək üçün həbsxanaya düşür. Edama səbəb onun eyni ildə Carter adlı həbsxananın bufet işçisini dəfələrlə bıçaqlaması olub. Qranta ölüm hökmü 1999-cu ildə çıxarılıb.
Ölümcül qarışığın ilk inqrediyenti olan midazolam vurulduqdan sonra o, qıvrılmağa və qusmağa başlayıb. Daha sonra hər iki dərmanı yeridən səhiyyə işçiləri Qrantın ilk iynədən təxminən 15 dəqiqə sonra huşunu itirdiyini və bundan 6 dəqiqə sonra dünyasını dəyişdiyini açıqlayıb. Hökmün icrası şahidləri edam zamanı insan qusmasının son dərəcə nadir hal olduğunu deyiblər.
Qeyd edək ki, Oklahoma da sonuncu edam hadisəsi 2015-ci ildə olub.
 

DİGƏR XƏBƏRLƏR

Top