Oktyabrın 29-u Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 85 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-in mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, monitorinq 69 şadlıq sarayında, 16 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 16 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 180 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.