Metroda qatarların hərəkəti bərpa edildi - YENİLƏNİB


"Bakı Metropoliteni"nin "Xətai-Cəfər Cabbarlı" stansiyasında qatarların hərəkəti bərpa edilib.

Bu barədə Yeniavaz.com-a Bakı Metropolitenindən məlumat verilib.


***15:10
“Metroda bomba təhlükəsi olmayıb. Bu, tamamilə yanlış informasiyadır”.
Yeniavaz.com
"qafqazinfo"ya istinadla xəbər verir ki, bunu Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, Xətai-Cəfər Cabbarlı mənzili istisna olmaqla, Bakı  Metropoliteninin xətlərində qatarların hərəkətinin tənzimlənməsi təmin olunur.
Qeyd edək ki, Metropoliten tərəfindən yayılan ilkin məlumatda bildirilir ki, "28 May" stansiyasının giriş sahəsində tüstülənmə ehtimalı ilə qısa müddət ərzində yüksək gərginlik çıxarılıb və bu səbəbdən "Həzi Aslanov-28 May" istiqamətində qatarların hərəkətində məhdudiyyətlər olub.

DİGƏR XƏBƏRLƏR

Top