FHN metrodakı tüstülənmənin səbəbini açıqladı - YENİLƏNİB


Bu gün saat 14:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı Metropoliteninin “28 May” stansiyasında qatarın təmas reysində elektrik naqillərində qısaqapanma nəticəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Yeniavaz.com-a verilən məlumata görə, dərhal hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, qısaqapanma nəticəsində metro tunelinə girişdə elektrik kabelinin 0,5 paqonometr hissəsində lokal tüstülənmənin baş verdiyi və qarşısının Metropiliten əməkdaşları tərəfindən alındığı müəyyən olunub.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

***14:50
Bakı metrosunun "28 May" stansiyasının giriş sahəsində tüstülənmə olub.
Bu barədə Yeniavaz.com-a Bakı Metropolitenindən məlumat verilib.Bildirilib ki, bu səbəbdən qısa müddət ərzində yüksək gərginlik xətləri ayrılıb.
Məlumata görə, "Həzi Aslanov-28 May" istiqamətində qatarların hərəkəti məhdudlaşdırılıb.
Hazırda "Cəfər Cabbarlı- Xətai" istiqaməti istisna olmaqla, Bakı Metropoliteninin xətlərində qatarların hərəkətini tənzimlənməsi təmin olunur, yəni digər istiqamətlərə yüksək gərginlik verilir.

DİGƏR XƏBƏRLƏR

Top