Romada G20 sammiti başlayıb


İtaliyanın paytaxtı Romada “Böyük İyirmilik”ə üzv olan ölkələrin hökümət başçılarının sammiti başlayıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, liderlər şənbə günü Romanın “Nuvola” konqres mərkəzinə gəlməyə başlayıblar. 
Sammitin sədri, İtaliyanın Baş Naziri Mario Draqi dövlət və hökümət başçıları ilə yanaşı beynəlxalq təşkilatların başçılarını da qarşılayıb. 
Qeyd edək ki, görüşdə ABŞ Prezidenti Co Bayden, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Britaniyanın Baş Naziri Boris Conson, Almaniya kansleri Angela Merkel və onu yaxınlarda əvəz edəcək Olaf Şolzu, Fransa Prezidenti Emmanuel Makron, Hindistanın Baş Naziri Narendra Modi və başqaları iştirak edir. Rusiya və Çin dövlət başçıları Vladimir Putin və Şi Cinpin isə sammitə videobağlantı ilə qatılacaq. Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov da əyani olaraq Rusiyanı sammitdə təmsil edəcək. 
Görüşün ilk sessiyası “dünya iqtisadiyyatı və səhiyyə” mövzusuna həsr olunub. Sammitin əsas mövzuları iqlim, pandemiyadan sonra iqtisadiyyatın inkişafı və bərpadır.
Xatırladaq ki, sammit sabah da davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Top