Nigeriyada 20 polis öldürülüb yandırıldı


Nigeriyada Zamfara vilayətində silahlı dəstə üzvlərinə qarşı döyüşmək üçün göndərilən 20 polis Şinkafi rayonunda hücuma məruz qalıb.
Yeniavaz.com
xəbər verir ki, nəticədə polislərin hamısı həlak olub və cəsədləri yandırılıb.
Nigeriya Təhlükəsizlik və Mülki Müdafiə Agentliyinin Zamfara vilayəti sözcüsü Aminu Meri hücumu təsdiqləyib və təhlükəsizlik qüvvələrinin hadisə yerinə göndərildiyini bildirib.
Digər tərəfdən Zamfara Dövlət İnformasiya Müvəkkili Alhaji İbrahim Dosara sentyabrın 3-də əyalətdə bütün rabitə xətlərinin kəsilməsindən sonra 2000-dən çox silahlı dəstə üzvünün həbs edildiyini deyib.
Zamfara əyaləti 5 ildir maldarlıqla məşğul olan “Fulanilər”lə əkinçiliklə məşğul olan bəzi qəbilələr arasında şiddətli qarşıdurmalara səhnə olur.

DİGƏR XƏBƏRLƏR

Top