Türkiyə konsulunu qətlə yetirən ASALA üzvü azadlığa buraxıldı - FOTO


Türkiyənin Kaliforniyadakı konsulunu öldürən ASALA terror təşkilatının üzvü Ambik Sasunyan azadlığa buraxılıb.
Yeniavaz.com
“Sputnik Armenia”ya istinadən xəbər verir ki, “Daşnaksütyun” partiyasının "Facebook" səhifəsində Sasunyanın mesajı paylaşılıb.
Onun hazırda Ermənistanda olduğu bildirilir.
Bir neçə il idi ki, ABŞ məhkəməsi terrorçu Sasunyanın şərti azadlığa buraxılması ilə bağlı qərar verə bilmirdi. 2016-cı ildə o vaxtkı Kaliforniya qubernatoru Cerri Braun onun azad olunması qərarını rədd edib. 2019-cu ilin dekabrında Məhbuslara Azadlıq Şurası Sasunyanı azad etmək qərarına gəlib, lakin əyalət qubernatoru Qavin Nyusom bu qərarı rədd edib. 24 fevral 2021-ci ildə Los-Anceles Məhkəməsi qubernator Nyusomun qərarını ləğv edib.
Sasunyan 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki konsulu Kamal Arıkanı öldürüb. Buna görə o, 1984-cü ildə ömürlük həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, ASALA 1975-1991-ci illərdə fəaliyyət göstərmiş erməni terror təşkilatıdır.

DİGƏR XƏBƏRLƏR

Top