Bakıda qəza tıxaca səbəb oldu - FOTO


Bakıda yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub. 
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev “Facebook” hesabında məlumat yayıb. 
Onun sözlərinə görə, hazırda Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində tıxac müşahidə edilir. 
“Bununla əlaqədar həmin hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların da hərəkətində çətinliklər yaranıb”, - deyə o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top