Ermənistan xarici pasportları dəyişir, Qarabağ erməniləri narazıdır - VİDEO


Ermənistanda pasportlarla bağlı dəyişiklik təklif edilir.
Yeniavaz.com
“Azadlıq Radiosu”na istinadən xəbər verir ki, bu, Qarabağ ermənilərinin narahatlığına səbəb olub.
Ermənistanda istəyirlər ki, pasportlarda doğum yeri kimi şəhər yazılsın. Qarabağ separatçıları isə hesab edirlər ki, bu, xarici ölkələrə gedəndə onlar üçün problem yarada bilər. Ermənistan əhalisinin də, Qarabağda yaşayan separatçıların da pasportları eynidir. Qarabağ separatçıları xaricə Ermənistan vətəndaşları kimi viza alıb gedirlər. İndi, məsələn, Azərbaycanın işğal edilmiş Xankəndi şəhərində doğulan erməninin pasportunda doğum yeri Stepanakert yazılmış olsa, onun xaricə getməsi müşkülə dönə bilər. Pasportlarla bağlı təklif yeni qanun layihəsində öz əksini tapıb. Layihə bu günlərdə Nazirlər Kabinetində təsdiqlənib. İndi parlamentdən keçməlidir. Qarabağ separatçılarının qondarma “daxili işlər naziri” David Babayan dəyişikliyə etirazını bildirir.
Daha ətraflı süjetdə:

DİGƏR XƏBƏRLƏR

Top