11 yaşlı qız: "Qurban dedi ki, heç kimə demə" - VİDEO


İmişlidə uşaq dünyaya gətirən 11 yaşlı qız nənəsinə ona qarşı cinsi zorakılığı kimin etdiyini deyib.
Yeniavaz.com
xəbər verir ki, "ARB TV" həmin anların görüntülərini yayıb.
Kadrlarda nənəsi və qızın dialoqundan, hadisəni azyaşlının Qurban adlı atalığının törədtiyi bəlli olur.
Azyaşlı bildirib ki, bu hal 2 dəfə baş verib və ögey atası ona "bu barədə heç kimə deməməyi" tapşırıb.
Qızın nənəsi məsələ ilə bağlı danışarkən bildirib ki, hadisə qız evdə tək olan zamanlar baş verib:
“Qızın anası çörək bişirməyə, soğan yığmağa gedirmiş. Uşaq evdə tək qalırmış. Qurban - onun atalığı qorxudaraq qıza dərman verib. Nəvəm deyir ki, Qurban ona dərman verəndən sonra özündə olmayıb və bir də ayılıb ki, bu vəziyyətdədir”.
Qeyd edək ki, məsələ ilə bağlı cinayət işi açılıb və araşdırma aparılır.
Həmin görüntüləri sizə təqdim edirik.

DİGƏR XƏBƏRLƏR

Top