Zaqatalada baş verən ağır qəzanın görüntüləri - ANBAAN VİDEO


Zaqatalada iki avtomobilin toqquşması ilə baş verən ağır qəzanın görüntüləri yayılıb. 
Yeniavaz.com
xəbər verir ki, kadrlar sosial şəbəkədə paylaşılıb. 
Hadisənin ötən gün səhər saatlarında rayonun Aşağı Tala kəndində baş verdiyi bildirilir. 
Qəza zamanı Yuxarı Tala kənd sakini Aydəmirov Nemətin idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili Aşağı Tala kənd sakini Həsənov Tərlanın idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan N. Aydəmirov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 
Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top