Gürcüstanda seçkilərin ikinci turu başlayıb


Gürcüstanda merlərin və yerli müşavirə orqanlarının majoritar deputat seçkilərinin ikinci turu başlayıb.
Yeniavaz.com
xəbər verir ki, Tbilisi vaxtı ilə saat 08:00-da seçki məntəqələri açılıb.
Ümumilikdə, Gürcüstan sakinləri ikinci turda 20 şəhər və rayonun merlərini seçəcəklər. Majoritar deputat seçkilərinin ikinci turu isə 24 şəhərin 42 rayonunda keçirilir. İkinci turadək 1830 seçki məntəqəsi, habelə COVID-19 mərkəzlərində, karantin və özünütəcrid zonalarında yerləşən seçicilərin səs verməsi üçün 29 xüsusi və həbsxanalarda altı seçki məntəqəsi yaradılıb. 20 bələdiyyənin sədrliyinə 40 namizəd müraciət edib. Hər bir şəhərdə qalib öz rəqibindən daha çox səs toplayan namizəd olacaq. Vahid seçici siyahısında 2 milyon 88 min 722 nəfər var. Ən çox seçici Tbilisidə yaşayır - 1 milyon 2 min 900 nəfər.
Ümumilikdə seçki prosesini partiyalardan 5309, 100 yerli təşkilatdan 35198, 52 beynəlxalq təşkilatdan 1102 müşahidəçi izləyəcək.
119 KİV-dən 3711 jurnalist və operatorun yerli seçkiləri işıqlandırmağı planlaşdırılır.
Koronavirus pandemiyası nəzərə alınaraq seçkilər gücləndirilmiş qorunma tədbirləri çərçivəsində keçiriləcək
“Sputnik Gürcüstan”ın verdiyi məlumata görə, səhər saatlarından Tbilisidə bəzi seçki məntəqələrində növbə yaranıb.
Qeyd edək ki, vətəndaşlara öz seçimlərini etmək üçün 12 saat vaxt veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top