Ötən il 804 erməni Almaniyada oğurluğa görə saxlanılıb


Almaniya ötən il 600-dən çox Ermənistan vətəndaşının yaşamaq icazəsini ləğv edərək ölkələrinə deportasiya edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “report”un sorğusuna cavab olaraq Almaniyanın Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, 2020-ci il ərzində 804 Ermənistan vətəndaşı oğurluq faktına görə saxlanılaraq məsuliyyətə cəlb olunub: “Onların əkəriyyəti konkret şikayət əsasında saxlanılıb. Saxlanılan şəxslərin 70 %-i ticarət obyektlərindən qiymətli əşyaları oğurlamaqda ittiham olunublar”.
Nazirlikdən bildirilib ki, ötən il Almaniyada ticrət mərkəzlərindən oğurluq edən 205 223 şəxs saxlanılıb. Onların 119 834-ü Almaniyanın, 85 389-u isə xarici ölkələrin vətəndaşlarıdır.

DİGƏR XƏBƏRLƏR

Top