Sudan ABŞ da daxil olmaqla 6 ölkədən səfirlərini geri çağırıb


Sudanda ordunun fövqəladə vəziyyət elan etməsindən sonra ordu komandanı general Əbdülfəttah əl-Burhan ABŞ da daxil olmaqla 6 ölkədən səfirlərini geri çağırıb.
Yeniavaz.com
Sudan Dövlət Televiziyasına istinadən xəbər verir ki, ordu komandanı ABŞ, Fransa, Qətər, Çin, Belçika və İsveçrədəki səfirlərini vəzifəsindən azad edib.
Bəyanatda "Hərbi çevrilişi ən sərt şəkildə qınayır və beynəlxalq ictimaiyyətin mövqeyini alqışlayırıq" sözləri deyilib.
Qeyd edək ki, Sudanda oktyabrın 25-i səhər saatlarında baş nazir Abdullah Hamduk və bir çox siyasətçi saxlanılıb, ertəsi gün Hamdukun sərbəst buraxıldığı elan edilib.
 

DİGƏR XƏBƏRLƏR

Top