Strateji inkişaf planı Mingəçevir Turizm Kollecinin heyətinə təqdim edildi


 “2021-2025-ci illər üçün Strateji İnkişaf Planı” kollecin  pedaqoji və inzibati heyətinə təqdim edilib.
Yeniavaz.com
xəbər verir ki, tədbir zamanı kollecin əməkdaşlarına növbəti illərdə kollecin inkişafı üçün görüləcək strateji işlər haqqında məlumat verilib. Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov, çıxışı zamanı kollecin əsas missiyasının ölkədə xidmət sektorunda mövcud iaşə müəssisələrində və turizm sənayesinin mövcud digər müəssisələrində çalışacaq müxtəlif səviyyəli ixtisaslı kadrların yetişdirilməsi yolu ilə yerli və xarici turistlərin məmnunluq səviyyəsini artıracaq rəqabət qabiliyyətli təhsil müəssisəsinə çevrilmək olduğunu qeyd edib. Həmçinin, kollecin elmi və intellektual potensialının inkişafını təmin edilməsinin, aparılan elmi- tədqiqat işlərinin, əldə olunan müsbət dinamikasının gələcək üçün çox tələb olunan yüksək ixtisaslı kadr hazırlığına və nəticə olaraq da ölkəmizin elmi potensialının artırılmasına xidmət etdiyini vurğulayıb. Daha sonra, Kollecdə tədrisin keyfiyyətinin yaxşılaşdırılması,ötən tədris illərindəki çatışmamazlıqların aradan qaldırılması, kadr potensialının və idarəetmənin təkmilləşdirilməsi üzrə hədəflərdən bəhs edib. Kollecin inkişafına maneə olan bir sıra amillərin aradan qaldırılması məqsədilə keçiriləcək müvafiq tədbirləri vurğulayıbdır. Ardı ilə kollecin 7 əsas strateji sahələri haqqında məlumat verilib. Sonda kollecin direktoru Kamal Əhmədov tədbir iştirakçıları tərəfindən səsləndirilmiş “Strateji İnkişaf Planı” haqqında sualları cavablandırıb. 
Esmira Hidayətova,Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top