Ucarda ana uşaq dünyaya gətirdikdən sonra vəfat etdi


Ucarda ana ölümü baş verib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Zərdab rayonunun Məmmədqasımlı kənd sakini, 1989-cu il təvəllüdlü Gülnar Mirzə qızı Mehdiyeva doğuşla bağlı gündüz saat 13 radələrində Ucar Mərkəzi Rayon Xəstəxanasına qəbul edilib. 

Uşaq keysəriyyə əməliyyatı ilə götürülüb. İki dəfə əməliyyat olunmasına baxmayaraq, ananın həýatını xilas etmək mümkün olmayıb. O, 22 radələrində xəstəxanada dünyasını dəyişib.
Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top