Florida ştatı Baydeni məhkəməyə verdi


ABŞ-ın Florida ştatının qubernatoru Ron Desantis ABŞ prezidenti Co Baydenin administrasiyasına qarşı məhkəmədə iddia qaldırdıqlarını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, buna hökumətlə müqaviləli şirkətlərdə bütün işçilər üçün koronavirusa qarşı peyvənd olunmanı məcburi edən federal əmr səbəb olub.
ABŞ-ın Kaliforniya ştatında aparılan sorğu nəticəsində COVİD-19-a qarşı peyvənd olunmayan ABŞ işçilərinin 72 faizinin peyvəndin məcburi olacağı təqdirdə işini tərk etməyə hazır olduğu ortaya çıxıb.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden koronavirus ilə mübarizə çərçivəsində ABŞ-da federal işçilərin peyvənd olunmasını məcburi edib.
 

DİGƏR XƏBƏRLƏR

Top