Yük maşını qəza törətdi, xəsarət alan var - FOTOLAR - YENİLƏNİB

“20 Yanvar” dairəsindən Z.Bünyadiv prospekti istiqamətində tuneldə baş verən zəncirvari qəzada yük avtomobilinin sürücüsü qaş nahiyəsindən xəsarət alıb, sərnişin isə şok keçirib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki,, qəza zamanı yük maşınına, iki "Toyota" markalı, bir "Hyundai" markalı avtomobilə və avtobusa ziyan dəyib.


***22:46
“20 Yanvar” dairəsindən Z.Bünyadov prospekti istiqamətində tuneldə yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən Yeniavaz.com-a verilən məlumata görə, 09 BO 440 dövlət qeydiyyat nişanlı yük avtomobili eyni istiqamətdə hərəkət edən 4 minik avtomobili və 13 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 JB 297 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub. 

İlkin məlumata görə, qəza yük avtomobilinin əyləc sistemindəki nasazlıq səbəbindən baş verib.

Qeyd olunub ki, avtobus depoya qayıtdığından içərisində sərnişin olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top