Moldova Azərbaycandan kömək istədi


Moldova ölkədə yaranmış qaz böhranının aradan qaldırılması üçün Azərbaycan, Almaniya, Polşa və Rumıniyadan kömək istəyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı Moldova prezidenti Maya Sandu açıqlamasında deyib:
“Mən qaz böhranının aradan qaldırılması üçün Moldovanın əsas tərəfdaşlarından kömək istədim və aldığım cavaba əsasən, respublika sakinləri bu böhran qarşısında tək qalmayacaqlar. Bu barədə Azərbaycan, Rumıniya, Polşa və Almaniya Prezidentləri ilə danışmışam”.
Qeyd edək ki, Moldova hökuməti oktyabrın 22-i qaz çatışmazlığı ilə əlaqədar noyabrın 20-dək ölkədə fövqəladə vəziyyət elan edib.

DİGƏR XƏBƏRLƏR

Top