Bakıda yaşayış evində baş verən yanğın söndürüldü - YENİLƏNİB

Bakının Nərimanov rayonu ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Bu barədə Yeniavaz.com-a FHN-dən məlumat veilib. Hadisə Atatürk prospektində qeydə alınıb. Yanğın nəticəsində fərdi yaşayış evinə bitişik, ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Ev yanğından mühafizə olunub.

***20:22
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu ərazisində (Atatürk prospekti) yanğın olması barədə məlumat daxil olub.

Bu barədə Yeniavaz.com-a FHN-dən məlumat verilib.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

İlkin məlumata əsasən, yanğın fərdi yaşayış evindədir. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top