Xəstəxanaya yerləşdirilən 11 yaşlı qız uşaq dünyaya gətirdi - YENİLƏNİB

İmişlidə zorlandıqdan sonra hamilə qalan 11 yaşlı qız qeysəriyyə əməliyyatı edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə oxu.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə məlumat verib.

O bildirib ki, qız əməliyyat olunub:

“Əməliyyatla uşaq götürülüb. Ailə doğulan körpədən imtina edib. 11 yaşlı qız reanimasiyaya yerləşdirilib”.


***17:38
Azərbaycanda 11 yaşlı qız hamilə qalıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə "qafqazinfo"ya hüquq-mühafizə orqanlarından məlumat verilib. Hadisə İmişli rayonunda baş verib. Azyaşlının ailəsi hamiləliklə bağlı xəstəxanaya müraciət edib.

İmişli Rayon Mərkəzi Xəstəxanasından saytımıza məlumatı təsdiqləyiblər. Bildirilib ki, azyaşlı xəstəxanaya bir neçə gün bundan əvvəl daxil olub. Onun 31 həftəlik hamilə olduğu qeyd edilib.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi də başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top