ÜST-dən məktəblərlə bağlı çağırış


Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisi qitədəki səlahiyyətliləri COVID 19-un yayılmasına qarşı profilaktik tədbirlər görərkən məktəbləri bağlamamağa çağırır. 
Yeniavaz.com
“TASS”a istinadən verdiyi xəbərə əsasən, ÜST hesab edir ki, məktəblərin bağlanması uşaqların psixi rifahına zərər vurub: “Milyonlarla uşaq və yeniyetmənin təhsilini keçən il məktəblərin bağlanması pozdu. Bu xüsusilə də uşaqların psixi və sosial rifahına xeyirdən çox zərər vurdu”.
ÜST məktəbləri bağlamaq əvəzinə fiziki uzaqlaşma, əlləri tez-tez yumaq, maskaları taxmaq və xüsusən də yüksək yayılma şəraitində testləri artırmaq kimi tədbirləri tövsiyə edir.

DİGƏR XƏBƏRLƏR

Top