Bu il Azərbaycana ən çox dollar gətirən 10 şəxs kimdir? – SİYAHI


Bu ilin ilk 9 ayı ərzində Azərbaycanın ixracı 14,6 milyard dollar olub və bunun 1,8 milyon dolları qeyri-neft sektorunun payına düşüb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 525,3 milyon dollar və ya 40,9% artıb.

2021-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (158,2 milyon dollar) birinci, pambıq mahlıcı (149,5 milyon dollar) ikinci, pomidor (128,2 milyon dollar) isə üçüncü olub.

Bu ilin ilk 9 ayında xarici ölkələrə ən çox qeyri-neft məhsulları ixrac edən özəl şirkətlərin ilk 10-luğu aşağıdakı kimi olub.
Şirkət Rəhbəri İxracın miqdarı
“MKT İstehsalat Kommersiya” MMC Həsənov Rövşən 86,6 milyon dollar
“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı nümayəndəliyi Mohammad Reza 79,3 milyon dollar
“Local Garden” MMC Xələfov Ramil 54,9 milyon dollar
“Baku Steel Company” MMC İbrahimov Kamal 38,5 milyon dollar
“Sun Food” MMC İrfan Yılmaz 28,6 milyon dollar
“P-Aqro” MMC Əlizadə Azər 28,5 milyon dollar
“Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC Salmanov Ceyhun 26 milyon dollar
“Ram Beynəlxalq Nəqliyyat və Ticarət Ltd” MMC Rzayev Ramiz 20,7 milyon dollar
Hidayətov Təyyar Didayət oğlu - 20,7 milyon dollar
Bulder 007 LTD” MMC Gassanov Muslım 17,4 milyon dollar

A.Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top