Elşad Hacıyevlə cəbhəçi jurnalist arasında maraqlı dialoq: ""Siz", "biz" məsələsi..."


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevlə AXCP üzvü olan jurnalist Təzəxan Mirələmli arasında maraqlı dialoq yaşanıb.
Yeniavaz.com
xəbər verir ki, Elşad Hacıyevin sosial şəbəkədə yazdığı, “Düzələcək, ya da düzələcək. Ancaq düzələcək...” statusuna Təzəxan Mirələmli, “Elə biz də onu deyirik”, - rəyini yazıb.
E.Hacıyev: Siz-biz nədir? Qutarmadı? Oğlunuz Vətən uğrunda döyüşürdü... Necə qürurlanırdınız?!
T.Mirələmli: Qürurlanırdım, amma "Şuşanın azad olunması" medalı ilə təltif olunması sərəncamından Prezident Admistrasiyasında adının çıxarılmasını öyrənəndə (döyüşlərin ilk günündən döyüş bitənə kimi Artileriya rəisinin rabitəçisi kimi hər an yanında olub, Artileriya rəisi Vüsal Hacıyev həmin medalla təltif olunub) bildim ki, "siz", "biz" məsələsi bitməyib...
E.Hacıyev: Axı, o medal üçün döyüşmürdü. Ad çıxarılması, yaxud salınması informasiyasını bilib sizə deyəcək elə adam yoxdur. Kim deyibsə, özünü sizin yanınızda "yekə-bilgili" etmək istəyib. İnanmayın. Biz hamımız sizin övladınızla qürur duyuruq.
T.Mirələmli: Elşad müəllim, amma ortada fakt var, mən bu haqda geniş yazı da yazmışdım, siz deyən kimi medal üçün döyüşmürdü, onun sağ salamat üzünü görmədiyi övladına qovuşması mənim üçün bir medal idi. Amma fakt budur ki, onunla birlikdə Şuşaya daxil olan komandir təltif olunur, amma əsgər yox. Nəyə görə? Mənim üçün də müəmmalıdır.

DİGƏR XƏBƏRLƏR

Top