“Azərbaycanın Naxçıvana yolu olmalıdır” - Erməni deputat


Ermənistanın “Mülki Müqavilə” fraksiyasının deputatı Qaqik Melkonyan “Joxovurd” qəzetinə müsahibəsində Azərbaycanın Ermənistan ərazisindən keçməklə Naxçıvana yol alacağını deyib.
Yeniavaz.com
xəbər verir ki, erməni deputat yaxın vaxtlarda Moskvada rəsmi görüş planlaşdırılmadığını dilə gətirib:
“Görüşlərə gəlincə, onlar keçirilməlidir, çünki bizim delimitasiya və demarkasiya ilə bağlı suallarımız var”.
Melkonyan Naxçıvanla əlaqələr mövzusunda isə “Onlar dəhliz deyirlər, biz buna yol deyirik. Biz onlara dəhliz verməyəcəyik. Biz onlara yol veririk - dəmir yolu və ya avtomobil yolu. Biz indi Artsaxa necə girib-çıxırıq? Onların da eyni imkanları olmalıdır, Azərbaycan-Naxçıvan yolu olmalıdır” sözlərini dilə gətirib.
“Bu yolun Ermənistan tərəfinin nəzarətində olacağına əminsinizmi?” sualına Qaqik Melkonyan dəqiq cavab verməyib: 
“Bu yol istifadəyə verildikdə kimin nəzarət edəcəyini müzakirə edəcəyik. Biz gömrük məntəqəsi olmadan Artsaxa necə gedirik, biz sadəcə keçid məntəqəsindən keçirik, ola bilsin ki, onlar da sərbəst girib-çıxsınlar. Sonda bu baş verməlidir. Qazaxdan Gürcüstana Martakert-Vardenis yolları da açıq olacaq”.

DİGƏR XƏBƏRLƏR

Top