
Yaponiyanın ən böyük avtomobil istehsalçısı “Toyota Motor” gələn il ilk elektrikli avtomobilin satışına başlayacaq.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, “Toyota bZ4X” krossoverin satışına 2022-ci ilin ortalarında Yaponiya, Şimali Amerika, Çin və Avropa daxil olmaqla bütün dünyada başlanılması planlaşdırılır.
Həmçinin qeyd olunur ki, elektromobil bir dəfə doldurulmaqla 500 km yol qət edə biləcək. Akkumulyatorun 80%-ə qədər doldurulması isə təxminən yarım saat vaxt aparacaq.