Erməni əsgərlərin cəsədləri hələ də soyuducuda saxlanılır


İkinci Qarabağ müharibəsində ölən 100 erməni hərbçinin meyiti və cəsədinin qalıqları Metsamor morqunun soyuducusunda qalıb.
Yeniavaz.com
“Azadlıq radiosu"nun erməni xidmətinə istinadən xəbər verir ki, saxlanılanların kim olduğu aydın olsa da, onların ailələri meyitləri götürməkdən imtina edir.
Armavirin məhkəmə tibbi-ekspertiza mərkəzinin koordinatoru Sergey Abqaryanın sözlərinə görə, ailələrin cəsədi dəfn etməkdən imtina etmələrinə səbəb ekspertizanın nəticələrinə inanmamalarıdır.
Qeyd edək ki, Metsamor morqunda yalnız bir neçə cəsədin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top