
Özbəkistan Mərkəzi Seçki Komissiyası oktyabrın 24-də keçirilən prezident seçkilərində Şavkat Mirziyoyevin qalib gəldiyini açıqlayıb.
Yeniavaz.com AA-ya istinadla xəbər verir ki, Mərkəzi Seçki Komissiyası Liberal Demokrat Partiyasından namizədliyi irəli sürülmüş prezident Şavkat Mirziyoyevin 80,12 % səslə qalib gəldiyini bildirib.
Qeyd edək ki, Mirziyoyevə 12 milyon 988 min 964 seçici səs verib.