İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) keçirdiyi tender müsabiqəsinin qalibi “Clinic Medical” MMC (VÖEN - 1601795641) olub.
Yeniavaz.com xəbər verir ki, Agentlik MMC-dən vaksinlərin saxlanlması üçün soyuducular satın alacaq.
Bunun üçün İTSDA “Clinic Medical” MMC-yə 256 min 889 manat 84 qəpik ödəyəcək. Açıqlanan məlumatlarda neçə ədəd soyuducu alındığı qeyd olunmayıb.
Qeyd edək ki, 10 manat nizamnamə kapitalı olan MMC-nin qanuni təmsilçisi Niftəliyev Cabir Hüseynqulu oğludur.