Qaxda 60 yaşlı kişi oğlunun toyundan bir gün öncə özünü asıb


Qax rayonunda 60 yaşlı kişi oğlunun toyuna bir gün qalmış intihar edib.
Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, intihar hadisəsi bu gün səhər saatlarında Qax rayonunun Güllük kəndində baş verib.
Belə ki, kənd sakini 1961-ci il təvəllüdlü Musayev Nadir Reyzullah oğlu özünü həyətdəki köməkçi tikilidən asaraq intihar edib. Onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.
Qeyd edək ki, sabah, yəni oktyabrın 30-u Nadir Musayevin oğlu Yaqub Musayevin toy mərasimi keçiriləcəkmiş.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top