Matviyenko: "Biz dua edirdik ki, Paşinyan yenidən seçilsin"


"Biz dua edirdik ki, Nikol Paşinyan yenidən seçilsin".

Yeniavaz.com
"Hraparak" qəzetinə istinadən xəbər verir ki, bu sözlər Rusiya Federasiya Milli Şurasının sədri Valentina Matvyienkoya məxsusdur.
Bildirilir ki, Valentina Matviyenko bu fikri Ermənistan nümayəndə heyəti ilə qeyri-rəsmi görüşlərin birində iyunun 20-də Ermənistan Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilər məsələsinə toxunarkən səsləndirib.
Qeyd edək ki, geosiyasi mərkəzlərdə Ermənistan hakimiyyəti və xüsusən də Nikol Paşinyana qarşı müxtəlif fikirlər formalaşıb. Bəzi ekspertlər belə hesab edirlər ki, bu gün Paşinyan hamının maraq dairəsindədir. Bəziləri isə iddia edir ki, Rusiya hakimiyyəti onun bir an əvvəl hakimiyyətdən uzaqlaşdırmasını istəyir.

 

DİGƏR XƏBƏRLƏR

Top