“Squid Game” öz kriptovalyutasını buraxdı - Dəyəri sürətlə artır


“Netflix”in populyar serialı “Squid Game”in artıq öz SQUID kriptovalyutası var. 
Yeniavaz.com
“CNBC”yə istinadla xəbər verir ki, SQUID son 24 saat ərzində təxminən 2,400% artımla 2,22 dollara başa gəlir, bazar dəyəri isə 174 milyon dollardan çoxdur. 
Qeyd edək ki, “CoinMarketCap” istifadəçiləri bu tokeni məşhur mərkəzləşdirilmiş birja olan "Pancakeswap"da sata bilməyəcəklərini bildiriblər. Bəzi istifadəçilərin tokeni sata bilməməsinin səbəbi məlum deyil, lakin kriptovalyuta ilə bağlı müqavilədə müəyyən şərtlər yerinə yetirilmədikdə insanların pulu sata bilməyəcəkləri qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top