“Azərsun Holdinq”ə məxsus bu zavodlar bağlanır


Ölkənin aparıcı şirkətlərindən olan “Azərsun Holdinq”ə məxsus iki konserv zavodu bağlanır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “Vergilər” qəzetində yer alıb.
Məlumatda qeyd olunur ki, 30 noyabr 2021-ci il tarixdə saat 11:00-da, Lənkəran rayonu, Lənkəran şəhəri, Əli Bayramov küçəsi, 77 ünvanında “Lənkəran-Konserv” ASC-nin, 7 dekabr 2021-ci il tarixdə saat 11:00-da, Qazax rayonu, Qazax şəhəri, Ə. Şıxlinski küçəsi, 105 ünvanında “Qazax Konserv Zavodu” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Səhmdarların növbədənkənar ümumi yığıncağında ASC-lərin ləğv edilməsi məsələsi müzakirə olunacaqdır. 
Məlumat üçün qeyd edək ki, “Lənkəran-Konserv” ASC 07.10.1997-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 milyon  862 min 402 manat olan ASC-nin qanuni təmsilçisi Əliyev Nurlan İntiqam oğludur.
“Qazax Konserv Zavodu” ASC isə 27.11.1998-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 milyon 158 min 572 manat olan ASC-nin qanuni təmsilçisi Özal Bakırdı. 
Onu da bildirək ki, ölkədə “Azərsun Holdinq”ə məxsus 4 konserv zavodu – “Qafqaz Konserv Zavodu” (Xaçmaz şəhəri), “Biləsuvar Konserv Zavodu”,  “Lənkəran Konserv Zavodu” və “Qazax Konserv Zavodu” fəaliyyət göstərir.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top