Baba Rzayevin şirkəti QSC-yə çevrilir


2003-cü ildən fəaliyyət göstərən “Santral Elektrik LTD” MMC (VÖEN: 1500023051) təşkilati-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətə (QSC) çevrildiyini elan edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “Vergilər” qəzetində yer alıb.
Məlumat üçün bildirək ki, “Santral Elektrik LTD” MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Böyük Şor (Daş Karxanası) ev 11, məhəllə 2062-də yerləşir. Nizamnamə kaitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Həsənov İlham Ağaməsim oğludur. 
Qeyd edək ki, Həsənov İlham Ağaməsim oğlu  “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba (Balababa) Rzayevin qaynıdır. 
“Santral Elektrik LTD” MMC dövlət qeydiyyatına alınan zaman 2 təsisçisi olub. MMC-nin 70%-lik hissəsi Baba Rzayevə, 30%-lik hissəsi Nərminə Həsənovaya məxsus olub. 
Onu da bildirək ki, Nərimanov rayonu, Ziya Bünyadov  ev 11, məhəllə 2062 ünvanında yerləşən “Bakelektro” MMC-yə Baba Rzayevin qardaşı Emin Rzayev, eyni ünvanda yerləşən "Göknur Bakı LTD" MMC-yə isə digər qardaşı Rahib Rzayev rəhbərlik edir. 
Adları qeyd olunan şirkətlər bugünə kimi dövlət qurumlarının dəyəri milyonlarla ölçülən tender müsabiqələrinin qalibi olublar.

 A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top