Bakıda koronavirusa görə bağlanan məktəb açıldı


Koronavirusa görə Bakıda distant təhsilə keçən 245 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş 14 günlük karantin müddəti oktyabrın 29-da başa çatıb.
Qeyd olunub ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

DİGƏR XƏBƏRLƏR

Top