Çingiz Abdullayevin yazdığı status İTV-də ələ salındı - VİDEO


İctimai Televiziyada yayımlanan “3D” verilişi Çingiz Abdullayevin məşhur “su məsələsi”ni qeyri-adi formada şərh edib.
Yeniavaz.com
xəbər verir ki, verilişin studiyasına nənə və nəvə obrazında iki şəxs gətirilib.
Hava limanında olarkən nəvəsinin su istəməsindən danışan nənə deyib:
"Nəvəm su istəyirdi, axtardıq, heç yerdə yox idi. Bir nəfər yaşlı kişi bizə su verdi. Nəvəm mənə göstərir ki, internetdə bu kişi haqqında pis sözlər yazılır".
Nənənin bu sözlərinə aparıcı Lyuba “Başa düşdük, yaxşılıq edib. Amma bu haqda niyə sonra yazır? Ona görə belə edirlər” cavabını verib.
“Ay qızım, onun işi yazmaqdır”, - deyən nənə sözlərinə davam edib:
“Nəvəmlə suya görə mağazaya getdik. Gördük ki, bu su çox bahalıdır. Zəhmət olmazsa, su verən kişiyə bu butulkanı qaytararsınız”.
Qeyd edək ki, bir neçə gün öncə yazıçı Ç.Abdullayevin hava limanında azyaşlı uşağa su verməsi barədə yazdığı status sosial şəbəkələrdə gündəm olub.

DİGƏR XƏBƏRLƏR

Top