“Kişiylə qadını bərabərləşdirmək heç vaxt fayda verməyəcək” - Deputat


“Azərbaycan ailəsində hər bir zaman böyüyə hörmət olub. Kişinin kişi yeri, qadının qadın yeri olub. Bilirsiz, gözü bağlı şəkildə kişiylə qadını bərabərləşdirmək, süni şəkildə onları eyniləşdirmək heç vaxt fayda verməyib, verməyəcək də. Qadınla kişinin fiziologiyası da, gücü də, hətta beyinin quruluşu, çəkisi belə bir-birindən fərqlənir”.
Yeniavaz.com xəbər verir ki, bunu millət vəkili Jalə Əliyeva İTV-də yayımlanan “3D” verilişində azərbaycanlı ailəsində kişi və qadın münasibətlərindən danışarkən deyib. O bildirib ki, kişi obrazı olmasa da, hər iki obrazı özündə birləşdirərək, həyatını davam etdirib:
"İşləmək, oxumaq hüququ hər ikisinin eynidir. Amma elə məsələlər var ki, orada qadın qadın olmalıdır, kişi də kişi. Əks təqdirdə cəmiyyətin tarazlığı pozular".

DİGƏR XƏBƏRLƏR

Top