Qaynı tərəfindən döyüldüyü deyilən qadını DİN nəzarətə götürdü


Vəkil Rövşanə Rəhimli İsmayıllıda bir qadının uzun müddətdir qaynı tərəfindən döyüldüyü və ölümlə hədələndiyi ilə bağlı məlumat paylaşıb. O qeyd edib ki, məsələ ilə bağlı Polis Şöbəsinə müraciət olunub.

DİN-dən Yeniavaz.com-a verilən məlumatda bildirilib ki, bu gün 15:40 radələrində DİN-in “102” Xidməti Zəng Mərkəzinə müraciət edən İsmayıllı rayon sakini X.M. qohumu İ.Mahmudov tərəfindən döyüldüyünü deyilib:

“Daxil olmuş müraciətlə əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qadının ərizəsi alınıb.

Məsələ ilə əlaqədar hazırda İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır və X.M.-nin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin olunub .

Araşdırmanın və təyin edilən ekspertizanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

 

DİGƏR XƏBƏRLƏR

Top