Əfqanıstanda jurnalistlərə qarşı zorakılıq halları artıb


"Taliban" hakimiyyətə gəldikdən sonra jurnalistlərə qarşı 30-dan çox zorakılıq hadisəsi qeydə alınıb.  
Yeniavaz.com
" tolonews"a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Milli Jurnalistlər Birliyinin mətbuat konfransında məlumat verilib.
Mətbuat konfransında çıxış edən ittifaqın rəhbəri Masrur Lufti zorakılıqların 90 faizinin “Taliban”a bağlı qüvvələr tərəfindən törədildiyini bildirib. İttifaqın rəhbəri qalan hadisələrin naməlum şəxslər tərəfindən törədildiyini vurğulayıb.
Mətbuat konfransı vaxtı jurnalistlər də Əfqanıstanda medianın vəziyyətindən dərin narahat olduqlarını bildiriblər. "Taliban" rəsmilərini jurnalistlərin təhlükəsizlik məsələləri ilə məşğul olmalarını, eləcə də məlumat əldə etmək üçün bir yol tapmağa səsləyiblər.
Daxili İşlər Nazirliyinin sözçüsü Sayed Xosti də öz növbəsində jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi üçün səylərin davam etdiyini bildirib.  
 

DİGƏR XƏBƏRLƏR

Top